Accessibility links

Post-sovet məkanında siyasətin iqtisadiyyatla birləşməsi problemi


"Post-sovet məkanında siyasətin iqtisadiyyatla birləşməsi probleminin həlli nədir” beynəlxalq konfrans
"Post-sovet məkanında siyasətin iqtisadiyyatla birləşməsi probleminin həlli nədir” beynəlxalq konfrans

Son 100 ildə Azərbaycanın bir naziri belə korrupsiya faktına görə istefaya getməyib. Bu demokratiya mədəniyyəti hələ də formalaşmayıb

Azərbaycan Demokratik Respublikasının (ADR) baş naziri Fətəli Xan Xoyski nazirlərindən birinin korrupsiya əməllərini bilib istefaya gedib. Amma o vaxtdan 100 il keçməsinə baxmayaraq, sovet dönəmi də daxil olmaqla, Azərbaycanın bir naziri belə korrupsiya faktına görə istefaya getməyib. Bu demokratiya mədəniyyəti
Azərbaycan Demokratik Respublikasının (ADR) baş naziri Fətəli Xan Xoyski nazirlərindən birinin korrupsiya əməllərini bilib istefaya gedib.
hələ də formalaşmayıb.

Aprelin 12-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Demokratik Respublikası” dəyirmi masalar silsiləsindən “Post-sovet məkanında siyasətin iqtisadiyyatla birləşməsi probleminin həlli nədir: yerli və beynəlxalq təcrübədən nümunələr” mövzusunda keçirilən beynəlxalq konfransda azad bazara keçid və demokratik idarəetmə və siyasi hakimiyyətlərlə bağlı problemlər üzərində dayanılıb.

"Post-sovet məkanında siyasətin iqtisadiyyatla birləşməsi probleminin həlli nədir” beynəlxalq konfrans
"Post-sovet məkanında siyasətin iqtisadiyyatla birləşməsi probleminin həlli nədir” beynəlxalq konfrans
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin (MBAM) təşəbbüsü ilə təşkil olunmuş forumda yerli və beynəlxalq ekspertlər müxtəlif təcrübələrdən danışıb. Halbuki ADR demokratik idarəetmənin yüksək standartları və dərin kök salmış “maraqlar konflikti” ilə tanınırdı.

“Azərbaycandakı hazırki durumu qiymətləndirməkdə xalq da çətinlik çəkir. İnsanlar düşünür ki, oğurluq belə də davam edəcək. “Onsuz da belə davam edəcək”, - sovet təsəvvürləri hələ də qalmaqdadır”, deyə MBAM-ın rəhbəri Leyla Əliyeva bildirib.

“Onsuz da belə davam edəcək”, - sovet təsəvvürləri hələ də qalmaqdadır”.
Məruzələr əsasən siyasi və iqtisadi gücün qovuşmasının davamlılığını təmin edən liberal, marksist və iqtisadi realizm nəzəriyyələrində həsr olunub.

Hudson Universitetinin doktoru Çarlz Feyerbanks (Charles Fairbanks) post-sovet dövründə siyasi və iqtisadi güclərdən danışarkən deyib ki, bu ölkələrdə siyasi iqtidarlarda bir qorxu hissi var, hakimiyyətdən getməklə bütün mülkiyyətlərini itirəcəklər.

“Siyasi iqtidarlar həm də bu qədər mülkiyyəti necə qazandıqlarının soruşulacağından qorxur. Məhz bu, onların siyasi hakimiyyətdən əl çəkməsini
Siyasi iqtidarlarda bir qorxu hissi var, hakimiyyətdən getməklə bütün mülkiyyətlərini itirəcəklər.
əngəlləyir, həm də siyasi müxalifətə qarşı aqressiv edir”, deyə o qeyd edib.

Onun fikrincə, post-sovet rejimlərində siyasi hakimiyyət iqtidarın digərlərinə qarşı silahıdır.

“Hələ 1918-ci ildə Trotski siyasi hakimiyyətin silah olması barədə belə yazıb: “Qanunun aliliyi olmayan ölkədə bu silahla ya burjuaziya fəhlələri və ya fəhlələr burjuaziyanı güllələyə bilər”.

Ekspert post-sovet dövründə siyasi hakimiyyət faktorundan danışarkən Gürcüstanın keçmiş prezidenti Eduard Şevarnadzedən misal gətirib. Legitimlik
Qanunun aliliyi olmayan ölkədə bu silahla ya burjuaziya fəhlələri və ya fəhlələr burjuaziyanı güllələyə bilər.
olmayanda korrupsiya daha geniş vüsət alır.

“Şevarnadze ətrafında olan adamları göstərərək deyib ki, bu iki yüz adam olmasa idi mən hakimiyyətdə olmazdım. O da hakimiyyətə gələndən sonra onu hakimiyyətə gətirənlərə korrupsiya imkanı verdi”, deyə Feyrbanks qeyd edib.

Məruzələrdə ikinci faktor kimi kompromat və şantaj yolu ilə rəqiblərin sıradan çıxarılması, üçüncü faktor kimi isə idarə edənlərin özünü təhlükədə hiss etməsi diqqətə çatdırılıb. Legitim olmayan hakimiyyətlər daim təhlükədədir.

“Sovet rejimi “ictimai dünyanı” məhv edib. Bu rejim “hamı yaxşıdır” təzyiqi ilə yaşayırdı. Məsələn, “Bakinski raboçiy” qəzeti daim yazırdı ki, hamı yaxşı yaşayır, hər şey ictimaiyyət üçündür. Sovet İttifaqı dağılan kimi bu qorxu yox oldu, intensiv
Bu rejim “hamı yaxşıdır” təzyiqi ilə yaşayır.
oğurlamalar başlandı. Sanki mülkiyyət okeanda akulaların qabağına atılmışdı”, deyə “Hudson”un doktoru seyib.

Saakaşvili hakimiyyəti sübut etdi ki, korrupsiya mədəniyyət deyil, siyasi hakimiyyətdən asılıdır.

“Sakaşvili hakimiyyəti tez bir zamanda orta və kiçik korrupsiyanı aradan qaldırdı. O, yüksək səviyyədə korrupsiyanı məhv etmədi, amma edə bilərdi. Çünki bu, Saakaşviliyə lazım deyildi. Baltikyanı ölkələr artıq yüksək səviyyədə də korrupsiyanı sıradan çıxarıb.

O, yüksək səviyyədə korrupsiyanı məhv etmədi, amma edə bilərdi. Çünki bu, Saakaşviliyə lazım deyildi.
Azərbaycana gəlincə, ekspert Toğrul Cuvarlı deyib ki, cəmiyyətdə son zamanlar inkişafla bağlı nikbinlik yoxa çıxıb. İqtidar da narahatdır.

“Sosial-iqtisadi inkişaf üçün iqtisadiyyatın şaxələnməsi baş vermədi. Amma getdikcə bunun əksini müşahidə edirik. İqtisadiyyatı idarə edənlər sürətlə sıradan çıxarılır, iqtisadi və siyasi fiqurlar eyni adamlardır”, deyə ekspert qeyd edib.

Türkiyədə idarəetmə modeli marksist modeli ilə iqtisadi realizmin qarışığıdır,
İqtisadi və siyasi fiqurlar eyni adamlardır.
amma liberal iqtisadiyyat modelindən də istifadə olunur.

“Marksist modelində siyasət iqtisadiyyatın davamıdır, siyasəti iqtisadiyyat müəyyən edir. İqtisadi realizmdə iqtisadiyyatı dövlət müəyyən edir, liberal modeldə siyasət və iqtisadiyyat müstəqildir, bir-birindən asılı deyil. Türkiyədə isə hələ 1915-ci ildə ölkədəki 264 şirkətin 214-ü özəl (80%) idi. Amma bütün iqtisadi siyasəti və iqtisadiyyata nəzarəti sultan həyata keçirirdi”, deyə Yıldırım Beyazit Universitetinin doktoru Ramazan Gözen qeyd edib.

Amma bütün iqtisadi siyasəti və iqtisadiyyata nəzarəti sultan həyata keçirirdi.
Gozen Türkiyədə siyasətin iqtisadiyyatla birləşməsinin müasir modelindən danışarkən hərbi hakimiyyətin siyasi və iqtisadi güclərə nəzarətini xüsusi vurğulayıb.

“Müasir iqtisadi model Mustafa Kamal Atatürkün qərbə inteqrasiya ideologiyasına əsaslanır. Sovet iqtisadiyyatı, soyuq müharibə dövrü, NATO-ya qəbul, xarici investisiyaların ölkə iqtisadiyyatına qoyuluşu iqtisadi baxışlarda ciddi dəyişikliklər yaradıb. Adnan Menderes, Turqut Ozal və Recep Tayyip Erdoğan Türkiyə iqtisadiyyatına hərbi nəzarəti zəiflədib, lideral münasibəti artırmaqla islahata nail olub. Hazırda Türkiyə iqtisadiyyatında əslində mərkəzçi atatürkçü qüvvələrlə dinçilər arasında ciddi mübarizə gedir”, o qeyd edib.

Bu ilin yanvarından başlayaraq, vətəndaş cəmiyyətləri tədbirlərinin keçirilməsi üçün yer tapmaqda böyük çətinliklərlə üzləşir.
Beynəlxalq konfrans Bakıdakı otellərin birində keçirilməli idi. Amma son anda otel tədbirin keçirilməsi üçün yer ayırmaqdan imtina edib.

“Bu ilin yanvarından başlayaraq, vətəndaş cəmiyyətləri tədbirlərinin keçirilməsi üçün yer tapmaqda böyük çətinliklərlə üzləşir. Əksər otellər və biznes mərkəzləri müstəqil təşkilatlara yer ayırmaqdan imtina edir”, deyə Leyla Əliyeva bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG