Accessibility links

ABŞ və İraq Amerika hərbi qüvvələrinin ölkədən 2011-ci ilə qədər çıxmasına dair pakt imzalayıb


Birləşmiş Ştatların İraqdakı səfiri Rayan Kroker Amerika hərbi qüvvələrinin İraqda qalmaları barədə hökumətin təhlükəsizlik paktını qəbul etməsini tarixi bir sənəd adlandırıb. Səfir sənədə İraqın xarici işlər naziri Xoşyar Zebari ilə imza atdıqdan sonra bu bəyanatı verib. Cənab Kroker deyib ki, təhlükəsizlik paktı İraqla Birləşmiş Ştatlar arasındakı münasibətlər üçün böyük əhəmiyyət kəsb edir. Sənəd Amerika hərbi qüvvələrinin 2011-ci ilin axırına qədər İraqda qalmasını təsbit edir. İraq Milli Məclisinin sədr müavini deyib ki, noyabrın 24-də qanunvericilərin təhlükəsizlik paktına səs verəcəyi gözlənilir.

XS
SM
MD
LG