Accessibility links

İki aydır Evin həbsxanasında saxlanılan türk fəallara qarşı ittihamlar hələ bəlli deyil


Evin Həbsxanası
Evin Həbsxanası

Təqribən iki ay əvvəl İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərilən siyasi fəallara qarşı irəli sürülən ittihamlar haqqında hələ məlumat yoxdur.

Fevralın 5, 6 və 7-ci günlərində müxtəlif bölgələrdə tutulub Evin həbsxanasına göndəriləm fəallardan 15-ə yaxının adları daha əvvəl yayılmışdı. Hüquq müdafiəçiləri keçən günlərdə həmin fəallarla eyni günlərdə saxlanılan daha üç fəalın adlarını açıqlayıblar.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bildirdiyinə görə, “fevral ayının ilk həftəsində Ayda Sədiqi və Fatma Atəşi adlı fəallar Ərdəbil vilayətinin Xiyav bölgəsində, Süheyla Əsgəri isə Urmiyədə nəzarət altına alınaraq Tehrankı Evin həbsxanasına köçürülüblər.”

Fevralın 5, 6 və 7-də İranın fərqli vilayətlərində həbs edilən türk fəallardan bəziləri
Fevralın 5, 6 və 7-də İranın fərqli vilayətlərində həbs edilən türk fəallardan bəziləri

Ərk cəmiyyəti fevral ayının ilk həftəsində müxtəlif şəhərlərdə həbs edilərək Evin həbsxanasına göndərilən fəalların sayının 30-a yaxın olduğunu qeyd edib.

Evin həbsxanasına göndərilən türk fəallardan bəziləri keçən həftələr ərzində mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar. Onlardan Murtəza Pərvin, Səid Camalzadə, Tahir Nəqəvi, Ayaz Seyfxah, Araz Əman, Kəmal Nuri, Kərəm Mərdanə və Əbdüləziz Əzimi Qədimin həbsinin davam etdiyi bildirilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG