Accessibility links

Qərbi Azərbaycan vilayətində iki edam məhkumu ‘qan sahibləri’ tərəfindən əfv edilib


Qərbi Azərbaycan vilayəti
Qərbi Azərbaycan vilayəti

İranda son iki il ərzində hökümətin xüsusilə də narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar tətbiq etdiyi edam hökmlərinin sayı kəskin artsa da, qətl ittihamı ilə mühakimə olunmuş bəzi məhkumlar qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanaraq edamdan qurtula bilirlər.

İran mətbuatının bildirdiyinə görə, bu günlərdə İranın Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) və Şot şəhərlərində iki edam məhkumu əfv edilərək ölüm cəzasından xilas olublar.

İran məhkəmə sisteminə bağlı Mizan Online agentliyinə istinadən, təqribən 6 il öncə vilayətin şimalındakı həyata keçirdiyi qətl aktı səbəbilə qisasa (ölüm cəzasına) məhkum olmuş bir vətəndaş “qan sahibləri” (qətlə yetirdiyi şəxsin ailəsi) tərəfindən əfv olunub.

Agentliyin xəbərinə görə, “məhkum ədliyyə rəsmiləri və bölgə ağsaqqallarının vasitəçiliyi ilə qətlə yetirdiyi şəxsin ailəsindən razılıq ala bilib.”

Vilayətin cənubunda yerləşən Qoşaçay şəhərindəki əfv xəbərini isə Rokna saytı yayıb.

Roka xəbər saytının bildirdiyinə görə, Məcid adlı 21 yaşlı edam məhkumu tanınmış bir idmançının vasitəçiliyi ilə “qan sahiblərinin” razılığını alıb. Üç ildir həbsxanada saxlanıldığı bildirilən gəncin edam hökmü İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib və edam cəzası yaxında tətbiq ediləcək idi.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG