Accessibility links

İranın ali dini lideri silahlı qüvvələrin İsrailə hücumunu yüksək qiymətləndirib


İranın ali dini lideri Ayətullah Əli Xameneyi Tehranda İran silahlı qüvvələrinin komandirləri ilə görüşür, 21 aprel 2024.
İranın ali dini lideri Ayətullah Əli Xameneyi Tehranda İran silahlı qüvvələrinin komandirləri ilə görüşür, 21 aprel 2024.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi keçən həftə Tehranın İsrailə kütləvi dron və raket hücumu həyata keçirməsindən sonra ictimaiyyət qarşısında ilk çıxışında ölkənin silahlı qüvvələrini “uğur”larına görə alqışlayıb.

Bazar günü İranın yüksək rütbəli hərbi komandirləri ilə görüşən Xameneyi silahlı qüvvələri “son hadisələrdə uğur qazandıqlarına” görə tərifləyib. O, aprelin 13-də İranın İsrailə qarşı hava hücumunu nəzərdə tuturdu.

“Silahlı qüvvələr öz imkanları və gücləri ilə bağlı yaxşı imici, eləcə də İran xalqının təqdirəlayiq imicini nümayiş etdirib”, Xameneyi deyib. “Onlar həmçinin İran xalqının əzmkarlığının gücünün beynəlxalq səviyyədə ortaya çıxdığını sübut etdilər”, o əlavə edib.

İsrail ABŞ və digər müttəfiqlərinin köməyi ilə Tehran tərəfindən atılan 300-dən çox dron və raketin 99 faizini ələ keçirdiyini və ələ keçirilməyən raketlərin isə çox kiçik ziyana səbəb olduğunu bildirib.

Associated Press agentliyi tərəfindən şənbə günü təhlil edilən peyk görüntüləri İsrailin məlumatını təsdiqləyib.

Xameneyi İranın İsrail və müttəfiqləri tərəfindən maneə törədildiyi hava hücumlarının əhəmiyyətini azaldaraq, “atılan raketlərin və ya hədəfi vuran raketlərin sayı məsələsinin ikinci dərəcəli əhəmiyyət kəsb etdiyini” deyib.

“Əsas məsələ İran xalqının və silahlı qüvvələrinin iradə gücünün beynəlxalq müstəvidə ortaya çıxmasıdır” - deyə o, rəsmi internet səhifəsinə əsasən bildirib.

İranın xarici işlər naziri cümə günü İsrailin İrana cavab hücumunu əhəmiyyətsiz hesab edərək deyib ki, İsrailin istifadə etdiyi silahlar daha çox uşaq oyuncaqlarına bənzəyir.

“Dünən gecə baş verənlər zərbə deyil”, BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edən xarici işlər naziri Hüsenn Əmir-Abdullahian NCB News kanalına deyib.

“Onlar dronlardan çox uşaqlarımızın oynadıqları oyuncaqlara bənzəyirdi”, o bildirib.

Xarici işlər naziri İsrail ciddi hücuma keçməsə, İranın cavab vermək planı olmadığını deyib.

Onun açıqlamaları iki ölkə arasında daha geniş regionda genişmiqyaslı müharibəyə səbəb ola biləcək qarşıdurmaların yaxınlaşması ilə bağlı narahatlıqların yüngülləşməsinə kömək edib.

Xameneyinin İsrailin cümə günü əhəmiyyətsiz hesab etdiyi hücumu İranın İsrailə presedenti olmayan raket və dron hücumuna cavab idi. Bu hücumun özü də aprelin 1-də İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğunun binasına endirilən hava hücumuna cavab idi.

İsrailin məsuliyyət daşıdığı deyilən hücum İran konsulluğunun dağıdılması və iki general da daxil olmaqla, İslam İnqilabı Keşikçiləri Korpusunun 7 üzvünün ölümü ilə nəticələnib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00
XS
SM
MD
LG