Accessibility links

BMT baş katibi Mərkəzi Afrika Respublikasındakı qətli pisləyib


BMT-nin baş katibi Ban Ki Mun bazar günü Mərkəzi Afrika Respublikasının paytaxtında BMT sülhməramlısının qətlini pisləyib.

BMT-nin bildirdiyinə görə, Banquy şəhərində 8 nəfərin də yaralanması ilə nəticələnən hücumda əli olan şəxs Mərkəzi Afrika Respublikasındakı MINUSCA hərbi qüvvələri tərəfindən axtarılır.

Sözçü vasitəsilə danışan cənab Ban Ki Mun deyib ki, cinayətdə əli olanlar təcili olaraq ələ keçirilməli və ədalət qarşısında cavab verməlidir.

Afrika Birliyinin sülhməramlı qüvvələri mülki vətəndaşlar və oktyabr ayında keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etmək üçün Mərkəzi Afrika Respublikasına bir il əvvəl yerləşdirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG