Accessibility links

Almaniyada qatarların toqquşması 9 nəfərin ölümünə səbəb olub


Polisin bildirdiyinə görə, bu gün Almaniyanın cənubunda qatarların toqquşması zamanı azı 9 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Dəmir yolu şirkəti "Meridian" iki qatar arasında toqquşmanın Münhendən 60 km cənub-şərqdə, Kolbermorla Bad-Ablinq arasında baş verdiyini bildirib. Şirkətin veb səhifəsində yerləşdirilmiş bəyanatda qəzanın ciddi sarsıntıya səbəb olduğu deyilir.

Polisin məlumatında isə bildirilir ki, qəza zamanı 50 nəfərdən çox insan ciddi xəsarət alıb.

Qatarların qəza zamanı hansı sürətlə hərəkət etdiyi və toqquşmaya nəyin səbəb olduğu hələ aydın deyil.

XS
SM
MD
LG