Accessibility links

Cerald Naus: Azərbaycan bütün qırmızı xətləri keçib


Cerald Knausla müsahibə
please wait

No media source currently available

0:00 0:06:34 0:00

Beynəlxalq ictimiayyət araşdırmaçı jurnalist Xədicə İsmayılovanın yeddi il yarım həbsə məhkum edilməsini dərin narahatlıq hissi ilə qarşılayıb. ABŞ Azərbaycan hökumətini Xədicə İsmayılovanı və həbsdə olan digər fəalları azad etməyə çağırıb. Avropa Sabitlik Təşəbbüsünün təsisçisi Cerald Knaus Amerikanın Səsinə müsahibəsində Xədicə İsmayılovanın hökmünə reaksiyalara münasibət bildirib.

Dilşad Əliyarlı: Cənab Naus siz Xədicə İsmayılovanın yeddi il yarım həbsə məhkum edilməsini necə qarşıladınız? Bu, sizi təəccübləndirdimi?

Cerald Knaus: Təəssüf ki, bu, gözlənilən idi və bununla bu gün Avropada ən cəsur insan haqları müdafiəçilərinə qarşı repressiyalar baxımından çox ağır yay mövsümü bitdi. Onlardan ən ciddiləri isə çox uzun müddətli həbs cəzalarına məhkum edilib. Burada faciəli məqam odur ki, başqalarını müdafiə edən və onlara görə mübarizə aparan Xədicə bunun heç bir nəticəsi olmayacağından qorxmayan rejim tərəfindən bu uzun müddətli həbs cəzası alıb.

Sual: Beynəlxalq ictimiayyət araşdırmaçı jurnalist Xədicə İsmayılovanın yeddi il yarım həbsə məhkum edilməsini dərin narahatlıq hissi ilə qarşılayıb. Avropa liderlərinin məsələ ilə bağlı münasibətindən razısınızmı?

Cavab: Xeyr, məncə, cavab acınacaqlıdır. Rejimin Xədicə, Leyla və başqalarını həbsə məhkum etməklə məqsədi Azərbaycanda müşahidəçilərə siqnal göndərməkdən ibarətdir ki, hətta Qərbdə tanınmış, Avropa Şurasının baş katibi ilə, Parlament Assambleyasının prezidenti ilə görüşmüş Xədicə kimi adamlar da həbs cəzası alanda buna acınacaqlı bəyanatlarla cavab verilir. Burada qeyri-mütənasiblik var. Bəs siyasi məhkəmə proseslərində düzgün cavab nədən ibarət ola bilər? Heç kəs real sanksiyalar, reaksiyalar, Azərbaycanın dünya ilə münasibətləri baxımından bunun nəticələri olacağına heç bir işarə etməyib. Buna görə də məni həbs cəzası təəccübləndirmədi, amma Avropa liderləri və Avropa qurumlarının olduqca zəif cavabı məni təəccübləndirdi və hətta şoka saldı.

Sual: Vaşinqton Post qəzetinin baş məqaləsində ABŞ Dövlət Departamenti Azərbaycan rəsmilərinə ölkədə təqiblərlə əlaqədar nəticələri olacağını çatdırılmasına çağırılır. Siz bu fikirlə razısınızmı?

Cavab: Narahatlıqla bağlı “zəif” və “dişsiz” bəyanatlardan kənara çıxmağın vaxtıdır. Problem ondadır ki, bunu etməyin ən effektiv yeri Avropadır. Rejimin bir hissəsi olan azərbaycanlıların çoxunun Avropa ilə əlaqələri, orada varidatı var, onlar Avropaya səfər edirlər. Təcili olaraq bir şeyi etmək lazımdır. Avropa İttifaqı bu repressiv maşının hissəsi olanların səfərlərinə qadağa qoymağa başlamalıdır. Heç olmasa onların Praqa, Vyana, London və Parisdə istirahət etməsinin qarşısını almalıdır. İkincisi, Avropa Şurasının Azərbaycanın üzv ola bilməməsini deməsinin həqitətən də vaxtıdır. Azərbaycanın Avropa Şurasını tərk etməyəcəyindən qorxmaq lazım deyil. Əslində, dözülməz davranışa görə getmək qovulmaqdan daha utancverici olardı. Üçüncüsü, Avropa İttifaqı özünün ən yaxşı vətəndaşlarını həbs edən neftlə zəngin korrupsiyalaşmış ölkəyə yardım olaraq qrantlar, hədiyyələr verməyi dayandırmalıdır.

Sual: Cənab Naus, sizcə, Xədicə İsmayılova kimi jurnalistlərin müdafiəsi və ölkədə müstəqil jurnalistlərin dəstəklənməsi üçün nə edilməlidir?

Cavab: Xaricdə olanlar bu işi görə bilər. Onlar Azərbaycan rejiminə aydın şəkildə bildirməlidir ki, Xədicə və başqaları deyəndə ki, insan haqları kimi mühüm dəyərlər var onlar tək deyil. Qərbdə bununla razılaşan demokratlar var və bunun nəticələri olacaq. Azərbaycan rejimi belə hesab aparır ki, insan hüquqlarına dair bütün bu ritorika sinik, saxta bir şeydir, bunun heç bir nəticələri və mənası yoxdur. Onlar belə fikirləşir və öz vətəndaşlarına da bunu deməyə çalışır ki, Xədicə kimi insan haqları müdafiəçiləri və jurnalistlər ağılsızdırlar. Onlar mövcud olmayan bir şey üçün mübarizə aparırlar. Xaricdə olanların görə biləcəyi bir mühüm iş var. Onlar göstərməlidir ki, Xədicənin işi təkcə gözəl araşdırmaçı jurnalist olmaqdan ibarət deyil, onun gördüyü iş həm də vətəndaş fəaliyyətilə əlaqədar cəzalandırılmış başqa adamlara kömək olub və bu işi görməyə dəyər. Bu, Avropanın hər yerində demokratiyalar tərəfindən nəinki təqdir edilir, həm də müdafiə olunur.

Sual: Xədicə İsmayılova, Leyla Yunus və İntiqam Əliyev kimi şəxslər həbsdə saxlayaraq Azərbaycan Avropanın siyasi baxımdan tərkib hissəsi kimi qala bilərmi?

Cavab: Xeyr, Avropa Şurasının üzvü kimi keçə bilmədiyi bütün qırmızı xətlər keçilib. Avropa Şurası demokratiyaların klubudur. Bu, onun statusudur. Bütün insan hüquqları fəalları, jurnalistlər və vətəndaş fəallarını həbs edib məhkəmə şouları keçirən avtokratik bir ölkənin üzv olması bu təşkiların hüquqi, etik, əxlaqi və siyasi baxımdan mövcud olmasının əsaslarını məhv edir. Ən mühüm bu baş verməlidir. Debat başlamalıdır ki, qırmızı xətlər nə vaxt keçilirsə Azərbaycan Avropa Şurasından kənarlaşdırılmalıdır. Bundan əlavə, Avropa Şurası bu rejimlə münasibətləri yenidən nəzərdən keçirməlidir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG