Accessibility links

Türkiyə prezidenti Rusiya təyyarəsinin vurulması ilə bağlı təəssüfünü bildirib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsinin vurulması ilə bağlı təəssüfünü bildirib və deyib ki, ölkə hadisədə həqiqətən də kədər doğurub və o, insidentin baş verməməsini arzu edərdi.

Balıkesirdə tərəfdarları qarşısında danışan Ərdoğan deyib ki, Türkiyə və Rusiya arasında insidentlə bağlı gərginliyin daha da artmayacağına və bunun kədərli nəticələrə gətirib çıxarmayacağına ümid edir.

Ərdoğan həmçinin Parisdə Qlobal İqlim Sammitində Rusiya prezidenti Vladimir Putinlə görüş təklifini bir daha təkrar edib.

Rusiya təyyarəsinin vurulmasına qəzəbli reaksiya verən Putin hələ təklifə cavab verməyib.

Türkiyə bildirib ki, təyyarə dəfələrlə onun ölkənin hava hövzəsini pozduğuna dair xəbərdarlıq verildikdən sonra vurulub. Suriyada sentyabr ayından hərbi əməliyyatlar aparan Rusiya təyyarənin Türkiyənin hava hövzəsinə daxil olmadığını bildirir.

Putin təyyarənin vurulmasını dost ehsab edilən ölkə tərəfindən xəyanət aktı olduğunu deyib. O həmçinin bildirib ki, ABŞ təyyarənin hərəkət trayektorisiyasını bilirdi və NATO üzrə müttəfiqi olan Türkiyəni məlumatlandırmalı idi.

Təyyarənin vurulması ətrafında mübahisələr Suriya münaqişəsində fərqli mövqelərə malik iki ölkə arasında münasibətlərdə gərginliyin artacağı və münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı qorxuların artmasına səbəb olub.

Türkiyə öz vətəndaşlarına Rusiyaya təcili olmayan səfərləri təxirə salmağa çağırıb.

Moskva turust səfərlərinin məhdudlaşdırılması, hərbi kommunikasiyaların dayandırılması və ölkəyə Türkiyədən idxal edilən məhsulların əlavə təftişi kimi Ankaraya qarşı bir sıra cavab tədbirləri görüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG