Accessibility links

İmişlidə ov edən ərəblər suda boğulub


Avtomobil qəzası
Avtomobil qəzası

İmişli rayonunda Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları avtomobil qəzasında dünyasını dəyişib.

APA agentliyinin məlumatına görə, fevralın 9-da gecə saatlarında ərəb ölkələrinin vətəndaşlarından ibarət bir qrup İmişli rayonunun Xəlifəli kəndinin (Bakıdan 258 kilometr cənub-qərb) çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG