Accessibility links

Fransa və Britaniya qanunsuz miqrantlarla bağlı bəyanat açıqlayıb


Böyük Britaniya və Fransa bazar günü bildirib ki, minlərlə miqrantın Avrotunel vasitəsilə İngiltərəyə keçmək çəhdinin qarşını almaq onların başlıca prioritetidir.

Britaniya və Fransa qəzetlərində dərc edilən birgə bəyanatda deyilir ki, Britaniya daxili təhlükəsizlik naziri Teresa Mey və onun fransalı həmkarı Bernard Cazeneuve Avropa Birliyi ölkələrini və beynəlxalq ictimaiyyəti qaçqınların Afrikadan Avropaya gəlməsinin qarşısının alımasında yardıma çağırıb.

"Bizim küçələrimiz qızılla rənglənməyib" - deyə onlar bildirib.

İki rəsminin sözlərinə görə, Afrikadan Aralıq dənizi vasitəsilə İtaliya və Yunanıstana gələn minlərlə miqrant daha soz bir neçə həftədə Fransadan qanunsuz olaraq yük maşınlarında və qatarlarda İngiltərəyə keçməyə cəhd edib.

Mey və Cazeneuve deyib ki, bu böhran mühacirət siyasətlərinin asanlaşdırılmasına ilə həll edilə bilməz: "Afrikadan Avropaya qanunsuz keçən miqrantların sayını azaltmaq lazımdır".

XS
SM
MD
LG