Accessibility links

Gülər Əhmədova polisin nəzarətinə verilib


Gülər Əhmədova
Gülər Əhmədova

O, Elşad Abdullayevin açıqladığı videogörüntülərlə bağlı qaldırılan cinayət işi üzrə ittiham olunan şəxs kimi istintaqa cəlb olunub

Baş Prokurorluq keçmiş millət vəkili Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbiri - polisin nəzarətinə verilmə ilə bağlı məlumatı təsdiqləyib.

O, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı videogörüntülərlə bağlı qaldırılan cinayət işi üzrə ittiham olunan şəxs kimi istintaqa cəlb olunub. Videoyazıda E.Abdullayevin G.Əhmədova ilə söhbəti yer alıb. Söhbət zamanı birincinin 2005-ci il parlament seçkilərində deputat seçilməsi üçün rüşvətin məbləği müzakirə olunub.

Videogörüntü yayımlandıqdan sonra Bakı Şəhər Prokurorluğu CM-in 178.3.2 maddəsi ilə (inamdan istifadə etmək yolu ilə başqasının iri məbləğdə əmlakını mənimsəməklə dələduzluq törətmək) cinayət işi qaldırıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG