Accessibility links

Azad Rəhimov: Formula 1 yarışlarını 5 il keçirməsək, cərimə ödəməliyik


Azad Rəhimov:
Azad Rəhimov:

Azərbaycan Formula 1 yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidir.

Trend agentliyinin məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır.

A. Rəhimovun sözlərinə görə, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər:

"Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

BBC Azərbaycanın yazdığına görə Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb.

Məlumatda deyilir ki, Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanması iki il əvvəl bəyan edilsə də kontraktın detalları indiyədək açıqlanmayıb.

Yarışa sahiblik etmək üçün illik ödənişin nə qədər olacağı "məxfilik şərtinə" görə açıqlanmır, lakin BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti bunun 2016-cı ildə 34 milyon dollar olaraq hər il təxminən 10 faiz qalxacağını bildirib.

Formula 1 yarışlarının neçəyə başa gəlməsi barədə təxminlər arasında fərq böyük olsa da Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il "80-90 milyon dollara" başa gəlir, - ekspert Christian Sylt BBC Azərbaycanca-ya deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG