Accessibility links

İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq


İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)
İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)

Azərbaycan Ali Məhkəməsi yanvarın 26-da hakim Gülzar Rzayevanın səıdriyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin kassasiya şikayətinə baxacaq. Bu barədə Amerikanın Səsinə vəkil Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, İntiqam Əliyevin məhkəmədə prosesinə qatılacaq.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur. 2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Vəkil bildirib ki, Ali Məhkəmə kassasiya şikayəini təmin etməsə bu iş üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.

Xatırladaq ki, İntiqam Əliyevin ilkin həbsindən 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinəşikayət edilib.

Şikayətdə həbs zamanı Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) və 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulduğu bildirilir. Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.

"Amnesty International" təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG