Accessibility links

İran və Pakistan Qəzzada atəşkəsə çağırıb


Bazar ertəsi qonşu Pakistana rəsmi səfərə başlayan İran prezidenti İbrahim Rəisi İsraili Qəzzada iddia etdiyi "soyqırım"a görə qınayıb.

Rəisinin üç günlük səfəri Tehran və İsrailin bir-birinə qarşı misli görünməmiş birbaşa hücumlar həyata keçirməsindən bir neçə gün sonraya və bunun Yaxın Şərqdə daha geniş münaqişə ilə bağlı narahatlıqların artdığı vaxta təsadüf edir.

Paytaxt İslamabada gəldikdən az sonra İran prezidenti Pakistanın baş naziri Şehbaz Şəriflə nümayəndə heyəti səviyyəsində danışıqlar aparıb və qarşılıqlı əlaqələri gücləndirmək üçün bir sıra pakt və anlaşma memorandumunun imzalanmasını izləyib.

Daha sonra hər iki lider milli televiziya ilə yayımlanan mətbuat konfransında birgə çıxış edib. Şərif Tehranın İsrailin Qəzzada davam edən hücumu və orada fələstinlilərə qarşı "görünməmiş vəhşilik"lə bağlı "qətiyyətli mövqeyini" təqdir edib.

"Biz ABŞ və digər Qərb dövlətlərinin dəstəyi ilə İsrail sionist rejiminin Qəzzə xalqına qarşı törətdiyi zülmdən, soyqırımı və uşaq qətlindən bezmiş Pakistan xalqına və hökumətinə hörmətlə yanaşırıq', Rəisi bildirib.

Şərif altı ay əvvəl Qəzzada başlamış hərbi əməliyyatlara son qoymaq üçün İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün müsəlman ölkələrini müxtəlif beynəlxalq platformalarla birgə işləməyə çağırıb.

Pakistan lideri Təhlükəsizlik Şurasının Qəzzada "dərhal" atəşkəs tələbi ilə martın 25-də qəbul etdiyi qətnaməyə toxunaraq, “Bu gün də (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qətnaməsi pozulur və dünya buna susur” deyib.

Pakistan Fələstin dövlətçiliyi məsələsində İsraili tanımayan və yəhudi dövləti ilə birbaşa əlaqə kanallarına malik olmayan ölkələr arasındadır.

Rəisinin səfəri İranın 300-dən çox pilotsuz təyyarə və raketlə İsrailə birbaşa hücumundan bir həftədən çox müddət sonraya təsadüf edir. Tehran bildirib ki, hərbi əməliyyat aprelin 1-də İsrailin Suriyadakı İran diplomatik iqamətgahına hücumu nəticəsində iki general da daxil olmaqla, İranın elit İnqilab Keşikçiləri Qvardiyasının yeddi üzvünün ölümünə cavab olaraq keçirilib.

Bazar ertəsi çıxış edən İran prezidenti Pakistanın ev sahibliyi etdiyi danışıqlar zamanı hər iki ölkənin ikitərəfli ticarəti artırmaq barədə razılığa gəldiyini və terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotiklərlə birgə mübarizənin vacibliyinin vurğulandığını bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG