Accessibility links

İslam Dövləti Palmirada tarixi abidələri dağıtmaqda davam edir


İslam Dövləti Palmira şəhərində tarixi abidələri dağıtmaqda davam edir. Bu gün daha 3 məbəd yerlə yeksan edilib.

Suriyanın qədim abidələr idarəsinin sədri Məhəmməd Əbdülqədirin bildirdiyinə görə, eramızdan əvvəl 103-cü ildə inşa edilən Elahbel məbədi məhv edilib.

Məlumatı Amerikanın Boston Universitetinin satillit şəkilləri təsdiq edir.

İslam Dövləti avqustun 27-də Bel məbədi dağıtmışdı.

Suriyanı müşahidə qrupunun məbədin partladıldığı barədə xəbər verməsindən sonra əldə edilən foto- şəkillərdə də məbədin həqiqətən dağıldığı göstərilib.

Bel məbədinin təxminən 2000 yaşı var və suriyalılar onu ölkənin ən mühüm dini ziyarətgahlarından biri hesab edir.

İŞİD daha əvvəl Palmirada Baal Şamin adlı daha bir məbədi məhv etdiyini nümayiş etdirən fotoları şəkilləri sosial mediada yerləşdirib. BMT bu aktı müharibə cinayəti kimi qiymətləndirib.

Müşahidəçilər İŞİD-in bir çox qədim mədəniyyət nümunələrini maliyyə toplamaq üçün satdığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG