Accessibility links

İsrailin kəşfiyyat idarəsinin rəhbəri istefa verib


İsrail ordusu bazar ertəsi kəşfiyyat idarəsinin rəhbərinin HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumuna cavabdeh olduğuna görə istefa verdiyini bəyan edib.

General-mayor Aharon Haliva İsrailin HƏMAS militantlarının 1200 nəfəri öldürdüyü və 250-yə yaxın insanı girov götürdüyünü hücuma səbəb olan kəşfiyyat uğursuzluqlarının məsuliyyətinı açıq şəkildə öz üzərinə götürmüşdü.

Hərbçilər bazar ertəsi Halivanın istefa məktubunu yayımlayıb. O, məktubda vəzifəsini tərk edəcəyini və kimsə yerinə təyin olunan kimi təqaüdə çıxacağını bildirib.

"Mənim tabeliyində olan kəşfiyyat idarəsi bizə tapşırılan vəzifəni yerinə yetirə bilmədi. O vaxtdan bəri hər gün, hər gecə həmin qara günü özümlə daşıyıram. Həmin ağrıları əbədi olaraq özümlə aparacağam" - deyə, Haliva məktubda qeyd edib.

Haliva hücumla bağlı istefa verən ilk yüksək rütbəli məmurdur.

İsrail Qəzza zolağında HƏMAS-ı məhv və militantların İsrailə növbəti hücum edə bilməməsini təmin etmək məqsədi daşıyan kampaniya aparır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İsrailin kampaniyası Qəzzanın çox hissəsini xarabalığa çevirib və Qəzza əhalisinin təxminən dörddə üçünü evlərini tərk etməyə məcbur edib.

Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin hərbi əməliyyatları zamanı üçdə iki hissəsi qadın və uşaq olmaqla, 34 mindən çox fələstinli öldürülüb.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü yəhudilərin Pasxa bayramı ərəfəsində Qəzzada saxlanılan girovların azad edilməsi üçün HƏMAS-a "əlavə və ağrılı zərbələr endirməklə" hədələyib.

Netanyahu heç bir detal açıqlamadan "Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etməyin yeganə yoludur" deyib.

İsrail ordusunun bildirdiyinə görə, HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumu zamanı oğurlanan girovlardan bəziləri Qəzzanın cənubundakı Rəfah şəhərində saxlanır.

Netanyahu dəfələrlə HƏMAS terror qruplaşması üzvlərinin orada gizləndiyini iddia edərək, Rəfaha hərbi hücuma başlayacağı ilə hədələyir. Beynəlxalq ictimaiyyətin, eləcə də İsrailin əsas müttəfiqi ABŞ-ın təmkinli olmaqla bağlı çağırışlarına baxmayaraq, təhdid davam edir.

Forum

XS
SM
MD
LG