Accessibility links

Malinin şimalında BMT-nin bazasına raket hücumu 3 nəfərin ölümülə nəticələnib


Malinin şimalında BMT-nin sülhümühafizə qüvvələrinin bazasına raket hücumu 3 nəfərin ölümülə nəticələnib.

BMT-nin sülhümühafizə missiyasının sözçüsü Kidalda hücum nəticəsində 20 nəfərin yaralandığını və onlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib.

Hücuma görə kimin məsuliyyət daşıdığı haqda bir söz deyilməyib. Raket hücumu keçən həftə Bamakoda mehmanxanaya 19 nəfərin ölümülə nəticələnmiş hücumdan sonraya təsadüf edir.

Qərbi Afrikada İslam Məğribində Əl-Qaidə və onunla əlaqəsi olan Əl-Maurabitoun adlı iki yaraqlı qrup noyabrın 20-i Radisson Blu mehmanxanasında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Malinin təhlükəsizlik qüvvələri cümə günü mehmanxanasında hücumla əlaqədar iki nəfəri həbs edib.

Zorakılıq hadisəsi BMT-nin sülhümühafizə missiyasının mövcudluğuna baxmayaraq, Malinin şimal və mərkəzi bölgələrində fəal qalmağa davam edən İslamçı yaraqlılar tərəfindən gələn təhlükənin miqyasını göstərir.

Fransanın başçılığı ilə hərbi qüvvələr 2013-cü ildə Malidə islamçı qrupları hakimiyyətdən salmışdı. Qruplar 2012-ci ildə Bamakoda hərbi çevriliş nəticəsində ölkənin şimal bölgəsinin nəzarətini ələ keçirmişdi.

XS
SM
MD
LG