Accessibility links

Azərbaycanda bir neçə hakim ciddi nöqsanlara yol verdiyinə görə cəzalandırılıb


 Dayəlik işi üzrə məhkəmə prosesi gedir
Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Azərbaycanda bir neçə hakim ciddi nöqsanlara yol verdiyinə görə cəzalandırılıb.

Bu barədə sentyabrın 2-də keçirilən Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib.

Məhkəmə-Hüquq Şurasının məlumatına görə iclasda hakimlər barədə intizam icraatlarına baxılıb.

Kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib.

Vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçiliyə görə bir hakim barədə intizam icraatı başlanılıb.

XS
SM
MD
LG