Accessibility links

PKK-a Türkiyədən Azərbaycana gedən avtobusu saxlayıb


PKK döyüşçüləri
PKK döyüşçüləri

Türkiyədən Naxçıvana (Azərbaycan) hərəkət edən və PKK terrorçuları tərəfindən saxlanılan avtobusda olan sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşları arasında ölən və yaralanan yoxdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən verilən məlumata əsasən, hadisə İğdır və Qars vilayətləri arasında yerləşən Kağızman rayonunda baş verib.

"Azərbaycan vətəndaşlarının sayı Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu tərəfindən bu ölkənin hüquq-mühafizə orqanları ilə birgə müəyyənləşdirilir", o qeyd edib.

H.Hacıyev bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu məsələni daim nəzarətdə saxlayır.

Bildirilib ki, hadisənin iştirakçısı olmuş Azərbaycan vətəndaşları konsulluq məsələləri ilə əlaqədar operativ qaydada Qarsdakı baş konsulluqda yaradılmış "qaynar xətt"lə əlaqə saxlaya bilərlər: +9005380383870 və +904742231361.

Avqustun 1-də Türkiyədən Naxçıvana hərəkət edən sərnişin avtobusunun PKK üzvləri tərəfindən saxlanılıb. Türkiyə mediasının məlumatına əsasən, avtobusdakı 70 nəfərdən təxminən 35-i azərbaycanlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG