Accessibility links

Yüz minlərlə əcnəbi Rusiyanı tərk edir [Video]


Yüz minlərlə əcnəbi Rusiyanı tərk edir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Yüz minlərlə xarici Rusiyada iqtisadiyyatın tənəzzülü və Qərblə arasındakı gərginliyə görə ölkəni tərk edir və daha yaxşı imkanlar tapmaq üçün başqa yerlərə üz tutur. Belə bir vəziyyət xaricilərlə işləyən bizneslərə mənfi təsir etsə də, Moskvadakı bəzi mühacirlər üçün bu bir fürsətdir.

Rusiyadakı iqtisadi tənəzzül ilk növbədə Moskvadakı xaricilərə təsir etdi. Neft qiymətinin düşməsi və Qərbin Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyalar yüz minlərlə əcnəbini ölkəni tərk etməyə məcbur etdi. Bizneslər kiçilməyə, ya da tamamailə bağlanmağa məcbur oldu.

“Rusiya ilə işləyən bizneslərin çoxu işçilərinin sayını azaltmalı oldu, çünki onlar işçilərin maaşlarını valyuta ilə ödəməli idilər, bu isə bir çox şirkətə baha başa gəlirdi” deyə, iş adamı Aleksey Filipenkov bildirir.

Qərbin Rusiyaya ərzaq ixracını dayandırması da iqtisadiyyata əlavə problem oldu. Avropa istehsallı pendir və ətin yerini əvəzləmək ruslar üçün o qədər də asan deyildi. Bu, rusları eləcə də Qərbin dadını verən məhsullar istehsal etməyə məcbur etdi. Mağaza sahibi Qrant Zozulinski: “Artıq insanlar bu məhsulları müqayisə edə bilir və istədiklərini seçə bilir. Əsas məsələ bunun yolunu tapmaqdır, sonrası asan olur.”

Təşkilatçılar Rusiyanın yeni istehsal bünövrəsinin qoyulduğu vaxt bazara girməyin əsl vaxtı olduğunu iddia edirlər. “Biz, bu çətin dönəmdə əcnəbiləri istədikləri ərzaqla təmin etməyin vaxtının çatdığına inanırıq. Bəzi investorlar buna şübhə ilə yanaşsalar da, biz Rusiyada investisiya üçün doğru zamanın olduğuna əminik” deyə, "Foreigners Life" şirkətindən Ceral Otye bildirir.

Bəzi xaricilər isə hələ də Rusiyada vəziyyətin dəyişəcəyinə inanaraq orada qalmaqda davam edir. Berlçikadan mühacir Pitert Rixter: “Əgər siz buralarda olsanız, burada qalanlarla rəqabət apara bilərsiniz. Oxşar vəziyyət 98-ci ildə də olmuşdu, çox sayda şirkət ölkəni tərk ertmişdi. Lakin burada qalanlar daha tez ayağa qalxdı, nəinki geri qayıdıb biznesə yenidən başlayanlar.”

Rusiyada iqtisadi böhran başlamazdan əvvəl Moskva dünyanın ən bahalı şəhərlərindən idi. Lakin hazırda rublun məzənnəsini itirdiyi bir vaxt dollar və avro ilə maaş alan xaricilər üçün burada həyat xeyli rahatlaşıb.

XS
SM
MD
LG