Accessibility links

Rusiyada iqtisadi tənəzzül müdafiə sənayesinə təsir etmir [Video]


Rusiyada iqtisadi tənəzzül müdafiə sənayesinə təsir etmir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Fransa Nice'te yangına müdahale eden uçak 

Rusiyanın iqtisadiyyatı tənəzzülə doğru getsə də, müdafiə sənayesi çiçəklənən sektorlardan biridir. Bu, ötən həftə Rusiyanın Beynəlxalq Aviasiya və Fəza Sərgisində (MAKS) Rusiyanin hərbi təchizatlarının nümayişi ilə sübut olunub. Tənəzüllə birgə Qərbin tətbiq etdiyi sanksiyalara görə Rusiya Yaxın Şərqdən daha çox müştəri və müttəfiqlər cəlb etməlidir.

Biz Rusiyanın aviasiya sahəsindəki misilsiz üstünlüklərini artıraraq hərbi aviasiya avadanlıqlarının istehsalındakı aparıcı rolumuzu möhkəmləndirəcəyik
Vladimir Putin

Rusiyanın Beynəlxalq Aviasiya və Fəza Sərgisi hərbi və mülki aviasiya avadanlıqlarının nümayişidir.

Ancaq bu il daha çox diqqət mərkəzində hərbi avadanlıqlar olub. Ölkənin hərbi qüdrətini sərgiləmək üçün isə hava şousu təşkil olunub.

“Biz Rusiyanın aviasiya sahəsindəki misilsiz üstünlüklərini artıraraq hərbi aviasiya avadanlıqlarının istehsalındakı aparıcı rolumuzu möhkəmləndirəcəyik. Bu səbəbdən biz aviasiya və kosmik raket istehsalının müasirləşdirilməsi və təkmilləşdirilməsini həyata keçirməli, ən qabaqcıl texnologiyaları gətirməli və hər bir bağlantımızı yaxşılaşdırmalıyıq ki, məhsullarımızın keyfiyyət və xüsusiyyətlərini təkmilləşdirək”.

Qərb şirkətlərinin sərgidə iştirak etməsinə baxmayaraq, Rusiyanın müdafiə sənayesi Qərbin tətbiq etdiyi sanksiyalar və Ukrayna təchizatçılarını itirdiyinə görə zərər çəkir.

“Rusiyada 300-ə yaxın sənaye müəssisəsi ehtiyat hissələrini Ukraynadan alırdı. İndi, bunların hamısı yox olanda isə itkilərin dərəcəsini təxmin etmək çətin deyil”.

İrana raket müdafiə sistemi satmaq üzərində ziddiyətli razılaşma təxirə salınsa da, Moskva digər Yaxın Şərq müştəriləri və müttəfiqlərini cəlb edib.

“İndi Rusiyanın dostu Bəşər əl-Əsədin rejimi sözün əsl mənasında Suriyada atəş altındadır. Ona görə də, təbii ki, Rusiya Misirlə əlaqələri və həmçinin hərbi əməkdaşlığı bərpa etməyə nail olub. Ancaq onun hələ də daha çox müttəfiqə ehityacı var, əsasən də neftin ucuzlaşdığı bir dövrdə.”

Rusiyanın aviasiya şirkətləri eniş-yoxuşlar yaşasalar da, cari ilin sonuna gərçəkləşəcəyi gözlənilən razılaşmalar bu sənayeni möhkəmləndirməyə kömək edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG