Accessibility links

Məhkəmədə Arif Yunusun səhhəti pisləşib [Videolar] (Yenilənib-3)


Həkimlər Arif Yunuasu müalicə edir
please wait

No media source currently available

0:00 0:00:44 0:00

Həkimlər Arif Yunusu müalicə edir

Prosesdə müstəqil müşahidəçilərin iştirak imkanları daha da məhdudlaşdırılıb

Leyla və Arif Yunusların məhkəmə prosesinə müstəqil jurnalistlərin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda onların yaxınlarının girişi müşkülə çevrilib. Belə ki, məhkəmədən öncə zal arxa qapıdan naməlum mülki geyimli şəxslər və hökumətyönümlü bəzi saytların jurnalistləri ilə doldurulur.

Məhkəmə başlamamışdan öncə isə zalın giriş qapısı və dəhlizə giriş qapısı açarla bağlanır. Nəhayətdə bir-iki diplomat və ya jurnalist zala buraxıldıqdan sonra "zal dolub" deyərək qapıları tam bağlayırlar.

Bugünkü məhkəmə prosesinə isə yalnız Amerika, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndəsi buraxılıb. Müstəqil jurnalistləri isə ümumiyyətlə məhkəmə zalına buraxmayıblar.

Məhkəmə zalına jurnalistlər buraxılmır
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Məhkəmə zalında olanlar isə təsdiq edir ki, onlar təsadüfən ora daxil olub... və arxa qapıdan.

Məhkəmə zalına "təsadüfi" daxil olan şəxs
please wait

No media source currently available

0:00 0:00:57 0:00

***

Leyla və Arif Yunusun məhkəmə prosesi avqustun 4-ü saat 14.00-dək təxirə salınıb.

Vəkil Elçin Qəmbərov Amerikanın Səsinə deyir ki, həkimlər artıq 3 saata yaxındır məhkəmə zalındandır.

Saat 14-də Təçili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası dəyişib, yeni ikinci həkim briqadası məhkəmə binasına daxil olub. Görünür bundan sonra Arif Yunus məhkəmə zamanı həkimlərin nəzarəti altında saxlanacaq.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Amerikanın Səsinə deyib ki, Arif Yunusa hipetrtoniya (arterial təzyiqin qalxması) diaqnozu qoyulub. "Hazırda onun təzyiqi normallaşmaqdadır", o qeyd edib.

Bununla yanaşı, Arif Yunusun vəkili Əfqan Məmmədov Amerikanın Səsinə bildirib ki, Arif Yunusu Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında müalicə edən həkim də məhkəmə zalındadır. Yalnız həmin həkimin məhkəmə prosesini belə şəraitdə davam etdirilməsinin mümkünsüzlüyü ilə bağlı müraciətindən sonra hakim prosesi avqustun 4-ü saat 10.00-dək təxirə salıb.

Müstəqil həkimlər hesab edir ki, Arif Yunusun hazırki durumunda məhkəmədə saatlarla oturması və həyəcanlı anlar yaşaması onun səhhətinin yenidən pisləşməsinə səbəb ola bilər.

Arif Yunusa hipertoniya diaqnozu qoyulub.
please wait

No media source currently available

0:00 0:00:34 0:00

​***

Avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların işi üzrə prosesdə məhkəmə nəzarətçiləri müstəqil müşahidəçilərin iştirak imkanlarını daha da məhdudlaşdırıb.

Belə ki, əvvəlki iclaslardan fərqli olaraq prosesə müstəqil mətbuatın bir nümayəndəsi belə buraxılmayıb.

ABŞ, Almaniya səfirliklərinin nümayəndələri və Aİ təmsilçisi çox çətiniklə prosesə qatıla bilib, lakin Qərb diplomatlarının tərcüməçiləri buraxılmayıb. Eyni zamanda, Böyük Britaniya və digər bir neçə səfirliyin nümayəndələri məhkəmə qapısından gözləmə zalına belə buraxılmayıb.

Arif Yunusun halı pisləşib
Arif Yunusun halı pisləşib

Proses başladıqdan bir qədər sonra məhkəmə binasına təcili yardım briqadası gəlib.

Vəkil Elçin Qəmbərov Amerikanın Səsinə bildirib ki, Arif Yunusun səhhəti qəfildən pisləşib, arterial təzyiqi qalxıb, huşunu itirib. İclas dayandırılıb. Həkimlər ona iynə vurublar.

A.Yunus bundan öncə iki dəfə - həbs və mənzilində axtarış zamanı hipertonik kriz keçirib.

Arif Yunusun səhhəti normallaşmadığı üçün proses avqustun 4-də davam etdiriləcək
please wait

No media source currently available

0:00 0:01:27 0:00

Məhkəmədə Arif Yunusun halı pisləşib
please wait

No media source currently available

0:00 0:00:06 0:00

Vəkil Elçin Qəmbərov: Məhkəmədə Arif Yunusun halı pisləşib
please wait

No media source currently available

0:00 0:00:38 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG