Accessibility links

Britaniyanın baş naziri Ukraynaya ölkə tarixində ən böyük yardım paketini açıqlayıb


Britaniyanın baş naziri Rişi Sunak Kyivə 617 milyon dollar dəyərində ölkə tarixində ən böyük yardım paketi ayırmağı planlaşdırdığını açıqlayıb.

Ukraynaya digər sursatlarla yanaşı, 400 maşın, 4 milyon patron, həmçinin uçuş məsafəsi təxminən 250 km olan "Storm Shadow" hava-yer tipli raketləri də daxil olmaqla 1,6 min raket veriləcək. Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni yardım paketi ilə birlikdə Böyük Britaniyanın 2024-cü ildə Ukrayna üçün ayırdığı vəsaitin ümumi həcmi 3,7 milyard dollara çatacaq.

"Birləşmiş Krallıq milli maraqlarımızı müdafiə edərək və NATO-dakı müttəfiqlərimizi dəstəkləyərək həmişə Avropa təhlükəsizliyinə dair ön planda öz rolunu oynayacaq", Sunak bildirib.

O, Ukraynaya dəstəyini “bütün Avropanın təhlükəsizliyi üçün həyati vacib” adlandırıb.

Yanvarın 12-də Rişi Sunak 2024-cü ildə Ukraynaya hərbi yardımın 3,1 milyard dollara qədər artırılacağını açıqlayıb. 2022 və 2023-cü illərdə Böyük Britaniya hərbi əməliyyat başlayandan bəri hər il üçün 2,9 milyard dollar ayırıb. Müharibə başlayandan bu rəqəm 15 milyard dollardır. Onun 8,9 milyard dolları hərbi, qalanı isə humanitar və iqtisadi yardımdır.

Forum

XS
SM
MD
LG