Accessibility links

Ukrayna Rusiya dronlarını vurduğunu bildirir; Ağ Ev təcili yardımın çatdırılacağını vəd edir


Ukrayna ordusu çərşənbə axşamı ən son hava hücumları zamanı Rusiyanın 16 dronundan 15-ni məhv etdiyini bildirir. Bu, ABŞ Senatının Ukrayna üçün 61 milyard dollar dəyərində yeni yardımın daxil olduğu təhlükəsizlik paketi üzərində səs verməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Ukrayna hava qüvvələri bildirib ki, Rusiya hücumda həmçinin iki balistik raketdən istifadə edib və Ukraynanın hava hücumundan müdafiəsi Rusiya dronlarını Çerkası, Kyiv, Mikolayiv və Odesa bölgələri üzərində vurub.

Odesa bölgəsinin qubernatoru Oleh Kiper deyib ki, dron hücumu bir neçə yaşayış binasına ziyan vurub və ən azı doqquz nəfərin yaralanmasına səbəb olub.

Mikolayivi qubernatoru Vitali Kim deyib ki, düşən dron qalıqları bir nəfəri yaralayıb və ticarət pavilyonuna zərər vurub.

Rusiyanın müdafiə nazirliyi çərşənbə axşamı hava hücumundan müdafiəsinin Belqorod bölgəsi üzərində dörd Ukrayna raketini məhv edib.

Belqorodun qubernatoru Vyaçeslav Qladkov binaya ziyan dəydiyini deyib, amma yaralıların olmadığını bildirib.

ABŞ yardımı

Britaniya çərşənbə axşamı Ukrayna üçün 4 milyon patron, 1600 sursat və 400 maşıının daxil olduğu 618 milyon dollarlıq yardım paketini elan edib.

“Ukraynanın Rusiyanın qəddar ambisiyalarına qarşı müdafiə etmək bizim təhlükəsizliyimiz və bütün Avropa üçün həyati əhəmiyyət kəsb edir,” Britaniyanın baş naziri Rişi Sunak bildirib. “Əgər Putinə bu işğalçı müharibədə uğur qazanmağa icazə verilsə, o, Polşa sərhədində dayanmayacaq.”

Ukrayna Prezidenti Volodimir Zelenski “bu cür güclü dəstək nümayişi və xüsusilə də dəniz və uzun-məznilli imkanlar sahəsində müdafiə əməkdaşlığımızı irəlilətmək istəyini” alqışlayıb.

Çərşənbə axşamı ABŞ Senatında keçiriləcək səsvermədən öncə Ağ Ev bildirib ki, ABŞ Prezidenti Co Bayden Zelenski ilə danışaraq, Senat təhlükəszilik qanun layihəsini təsdiq edəndən sonra “Ukrayanın döyüş meydanında və hava hücumundan müdafiə ilə əlaqədar təcili ehtiyaclarını qarşılamaq üçün yeni əhəmiyyətli təhlükəsizlik yardmı paketini tez bir zamanda təmin etməyə” söz verib.

Bayden əlavə edib ki, ABŞ-ın iqtisadi yardımı “maliyyə sabitliyini qorumağa, Rusiyanın hücumlarından sonra kritik infrastrukturu bərapa etməyə və Ukrayna Avro-Atlantika regionuna inteqrasiya yolunda irəlilədiyi bir vaxtda, islahatları dəstəkləməyə yardım edəcək.”

Zelenski sosial mediada yardım paketinə görə minnnətdarlığını ifadə edib və bildirib ki, Bayden ona deyib ki, ona Ukraynanın “hava hücumundan müdafiəsi, habeləuzun-mənzilli və artilleriya imkanlarının” gücləndirilmsəi daxil olacaq.”

Zelenski həmçinin deyib ki, o, Baydenə Rusiya “Rusiyanın minlərlə raket, dron və bombalardan istifadə etməklə hava terrorundan” bəhs edib və əlavə edib ki, Rusiyanın Ukraynanın ikinci böyük şəhəri Xarkivda televiziya qülləsinə zərbəsi onların söhbətindən bir neçə dəqiqə əvvəl baş verib.”

Ekspertlər və Ukrayna qanunvericiləri deyir ki, yardımın qoşunlara çatması bir neçə həftə çəkə bilər, ancaq onlar Ukraynaya söz verilən artilleriya patronları, dəqiq-idarə olunan raketlər və hava hücumundan müdafiə sistemlərinin Rusiya ilə müharibədə olan ölkənin hərbi baxışını dəyişəcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG