Accessibility links

ABŞ-ın Suriyadakı hərbi bazasına İraqdan raketlər atılıb


İraqın iki təhlükəsizlik mənbəyi və bir ABŞ rəsmisinin Reuters agentliyinə bildirdiklərinə görə, bazar günü İraqın Zümmar şəhərindən Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına azı beş raket atılıb.

Bu, ABŞ qüvvələrinə qarşı hücum fevralın əvvəlindən, İranın dəstəklədiyi İraqdakı qrupların ABŞ əsgərlərinə hücumlarını dayandırmasından bəri ilk hücumdur.

Hücum İraqın baş naziri Məhəmməd Şia Əl-Sudaninin ABŞ-a səfərindən qayıtdıqdan bir gün sonra həyata keçirilib. Əl-Sudani prezident Co Baydenlə Ağ Evdə görüşüb.

"Kətaib Hizbullah"a bağlı Telegram qrupunun paylaşdığı yazıda İraqdakı silahlı qruplaşmaların ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın fəaliyyətinə son qoyulması ilə bağlı aparılan danışıqlarda az irəliləyiş olduğuna görə təxminən üç aylıq fasilədən sonra hücumları bərpa etmək qərarına gəldiyi deyilib.

"Kətaib Hizbullah"a yaxın olan digər məşhur Telegram qrupu Sabreen News daha sonra İranın dəstəklədiyi fraksiya tərəfindən rəsmi açıqlamanın olmadığını bildirib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin dediyinə görə, İraqdan Suriyanın Rumalin şəhərindəki koalisiya bazasındakı hərbi qüvvələrə 5-dən çox raket atılıb, lakin ABŞ hərbçilərindən xəsarət alan olmayıb.

Rəsmi bunu "uğursuz raket hücumu" adlandırsa da, lakin raketlərin bazaya düşmədiyi və ya oraya çatana qədər məhv edildiyi aydın deyil. Hədəfin hazanın özü olub-olmadığı da bəlli deyil.

Bundan sonra rəsmi bildirib ki, ABŞ-ın İraq və Suriyada başçılıq etdiyi koalisiyanın bir təyyarəsi raketlərin atıldığı yerə zərbə endirib.

İraqdakı iki təhlükəsizlik mənbəyi və yüksək rütbəli ordu zabiti arxasına raket qurğusu olan kiçik bir yük maşınının Suriya ilə sərhəddə yerləşən Zummar qəsəbəsində park edildiyini bildirib.

Ordu zabiti məhv edilən yük maşınının əlavə araşdırma üçün ələ keçirildiyini və ilkin araşdırmanın onun hava zərbəsi nəticəsində məhv edildiyini göstərdiyini bildirib.

"Biz bu hücumla bağlı məlumatı bölüşmək üçün İraqdakı koalisiya qüvvələri ilə əlaqə saxlayırıq" - deyə, zabit əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG