Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan dialoqun asanlaşdırılması üçün rolunu davam etdirəcəyini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın münaqişənin həllinin yeganə yolunun danışıqlar masası olduğunu açıq şəkildə bildirdiyini vurğulayıb. Bu açıqlamalar aprelin 5-də Birləşmiş Ştatlar və Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə üçtərəfli görüşdən sonra və son zamanlar Azərbaycan və Ermənistan sərhədində gərginliyin davam etdiyi vaxt verilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların danışıqlar prosesində rolu və Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması perspektivləri haqda danışıb.